Goranboy - Tərtər avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 20 may tarixində Report məlumat verib.
Avtomobil 64 yaşlı piyada Qasımov Şahin Məhəmməd oğlunu vuraraq öldürüb.
O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.