Goranboyda avtomobil ağaca çarpılıb, iki nəfər ölüb. Bu barədə 16 may tarixində Oxu.az məlumat verib.
Hadisə Xoylu kəndi ərazisində qeydə alınıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çarpılıb.
Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.
Məlumata görə, qəza zamanı həlak olan şəxslərin hər ikisi hərbçi olub. Onlardan biri Müdafiə Nazirliyinin giziri, digəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Faktla bağlı araşdırmalar davam etdirilir.