Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 7 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Veysli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babək Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1994-cü il təvəllüdlü sərnişin Seymur Verdiyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.