Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 26 iyul tarixində Report məlumat verib.
Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-21015” markalı minik avtomobili ot bağlamaları daşıyan traktorun qoşqusuna çarpılıb. Nəticədə minik avtomobilində olan Şəmkir rayon sakinləri: 64 yaşlı Xalidə Abdullayeva, 54 yaşlı Şannaz Namazova, 33 yaşlı Tural Rüstəmov, 31 yaşlı Tutu Rüstəmli, 12 yaşlı Aytən Rüstəmli və 9 yaşlı Kənan Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Onlardan 4-nün vəziyyəti kafi, digərlərinin vəziyyəti isə normal qiymətləndirilir.
Qəza zamanı traktorun qoşqusu zərbənin gücündən aşıb və yük yerində olan çox sayda ot bağlaması əraziyə dağılıb.
Faktla bağlı araşdırma aparılır.