Goranboy rayonunda iki avtomobil toqquşub. Bu barədə Report 10 iyun tarixində xəbər verib.
Rəhimli kəndində "Ford" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai"ın 37 yaşlı sürücüsü Cəsarət Həsənov, 31 yaşlı Orxan Məmmədli, 59 yaşlı Mirvari Məmmədova, 40 yaşlı Leyla Əlizadə və 12, 11, 3 yaşlı uşaqlar xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
![]()