Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında direktoru öldürməkdə təqsirləndirilən Mirhadı Bağırovun istintaqı başa çatıb. Bu haqda aprelin 6-da APA məlumat yayıb.
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İnsident oktyabrın 8-i saat 13:00 radələrində baş verib. Mərkəzin baş mühasibi mərhumu aralarında yaranmış mübahisə zamanı bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.