Goranboyda yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Goranboy şəhərində ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 21 kv.m olan vaqon tipli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.