Goranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb. Bu barədə 23 iyun tarixində Report məlumat verib.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Yusibova Maya Abduləli qızı tüstüdən boğularaq dünyasını dəyişib.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.