Goranboyda evdən 37 yaşlı kişi meyiti aşkarlanıb. Bu barədə 19 yanvar tarixində APA məlumat verib.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü T.Namazovun meyiti vanna otağında yaxınları tərəfindən aşkarlanıb.
Hadisənin səbəbləri araşdırılır.