Goranboyda fermada polis tərəfindən 2 qumbara və xeyli sursat aşkar edilib. Bu barədə noyabrın 9-da DİN-dən İnsanoid-ə məlumat daxil olub.
Belə ki, narkotiklərin dövriyyəsində şübhəli bilinən E.Abdullayev saxlanılıb. Onun üzərindən 12 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə həmin şəxsə - E.Abdullayevə narkotik satan Q.Abbasov yaxalanıb. Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.
Sonuncunun Şəfəq kəndindəki fermasına baxış keçirilib. Oradan 1,25 kiloqram marixuana, çətənə toxumu, 2 “F-1” qumbarası, 5 tüstüverici şaşka, 198 patron və patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.