Goranboyda fermadan silah-sursat aşkarlanıb. Bu barədə 13 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Xocalı rayon sakini Mətləb Məmmədova məxsus Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib. Oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırıcısı, 74 ədəd 5,45 mm-lik, 3 ədəd 7,62 mm-lik avtomat patronu, 9 ədəd 7,62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.