Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 6 aprel tarixində APA məlumat verib.
Hadisə rayonun Yeni yol kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanların 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov və 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.