Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 6 iyun tarixində xəbər verib.
Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində hərəkətdə olan "Lifan" markalı minik maşını "Ateko" markalı yük maşınına çarpılıb.
Qəza nəticəsində iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.