Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 10 avqust tarixində Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Hadisə rayonun Yeni Veysli qəsəbəsindəki mağazada qeydə alınıb. Mağazadan 170 manat nağd pul, ümumi dəyəri 500 manat olan müxtəlif növ tütün, alkoqollu və alkoqolsuz içkilərin oğurlanması məlum olub.
Vətəndaşa məxsus mağazaya daxil olub oğurluq etməkdə şübhəli bilinən Kəlbəcər rayon sakinləri Elnur Abuzərov və Fərid Alızadə saxlanılıblar.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Onların daha bir vətəndaşın evindən elektrik naqillərini oğurlamaları aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.