Goranboyda mikroavtobus 74 yaşlı piyadanı vuraraq öldürüb. Bu barədə İnsanoid noyabrın 3-də APA-ya istinadən xəbər verir.
Hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü kişini vurub.
Yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.