Goranboyda qumbaraatan tapılıb. Bu barədə 17 yanvar tarixində Report məlumat verib.
Belə ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torbaya bükülmüş 1 ədəd"RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.