Goranboy polisi qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər vətəndaşdan müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilən müvafiq profilaktiki tədbirlər nəticəsində rayonun Kəpənəkçi kənd sakini müvafiq sənədləri olmayan ov silahını polisə könüllü təhvil verib.
Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.