Goranboyun icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib. Bu barədə oktyabrın 31-də Report məlumat verib.
Bununla bağlı RİH-nin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb.
O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.