Göyçayda 14 yaşlı qız ərə verilir. Report-un xəbərinə görə, bunu noyabrın 4-də Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Fakt rayonun Çərəkə kəndində qeydə alınıb. 14 yaşlı qızın valideynləri toy etməyə hazırlaşırlar. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib.
Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.