Prezident İlham Əliyev Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı 25 dekabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə 1,4 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.