Göyçay rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə Report 16 may tarixində xəbər verib.
23 yaşlı Röyal Səfərov idarə etdiyi avtomobili aşırıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan yaralı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.