Bakı-Şamaxı-Yevlax avtomobil yolunda zəncirvari qəza baş verib. Bu barədə noyabrın 3-də Report xəbər verib.
Hadisə Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı avtomobil qarşı tərəfdən gələn “Chevrolet” markalı avtomobillə toqquşub. Daha sonra hər iki maşın “VAZ 2106” markalı avtomobilə çarpılıb.
Qəza nəticəsində xəsarət alanlar var. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.