Göygöl rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Bu barədə 31 oktyabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil qəzası zamanı 1957-ci il təvəllüdlü M.Zeynalov, onun həmyaşıdı E.Zeynalova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıblar.
Hər üçü öncə Göygöl Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncədə yerləşən xəstəxanaların birinə köçürülüblər.
Xəsarət alanların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.