Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 10 yanvar tarixində APA məlumat verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə və 1985-ci il təvəllüdlü Elimxan Şabanovun öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.