Sabah ölkə ərazisində güclü külək əsəcək. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 7 fevral tarixində xəbər verir.
Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.