Güclü külək Bakıda 27 ağacı sındırıb. Bu barədə 28 dekabr tarixində Report Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadən məlumat verib.
Ağaclar götürülüb, sınmış budaqlar budanıb və ərazi təmizlənib.
Axşam saatlarından başlayan güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s-yə çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək.