Güclü külək Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı körpünün qoruyucu çəpərlərini uçurub. Bu barədə APA 6 fevral tarixində xəbər verib.
Ötən gündən başlayan küləyin güclənməsi nəticəsində Sumqayıtla Sarayı birləşdirən körpünün qoruyucu çəpərləri uçub.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hadisə baş verən ərazidə qəza şəraiti yaradan uşmuş çəpərlər götürülüb, külək kəsdikdən sonra qoruyucu çəpərlər bərpa olunacaq.
[caption id="attachment_161399" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]