Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 19 iyun tarixində xəbər verib.
Yeni Günəşli qəsəbəsində 18 yaşlı Rüstəm Qədirov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.