Gürcüstanın “Geosky” aviaşirkətinin törəməsi olan “Georgian Wings” beynəlxalq uçuşlara başlayacaq və onun ilk istiqaməti Azərbaycan olacaq.
Bu barədə 25 avqust tarixində Report məlumat verib.
Tbilisi-Bakı-Tbilisi istiqamətində uçuşlar 6 sentyabr tarixindən həyata keçiriləcək. Onlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Lakin biletlər hələ satışa çıxarılmayıb.