Gürcüstanın mədəniyyət xadimləri, türkoloqları, bloqçuları və ekoloqları “Şuşa ili” çərçivəsində Azərbaycana gəlib. Bu barədə aprelin 14-də Sputnik Azərbaycan məlumat yayıb.
Nümayəndə heyəti ilə görüş Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində baş tutub. Görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə və digər mədəniyyət xadimləri iştirak ediblər.
Gürcüstanlı qonaqlar aprelin 15-dən 17-dək Gəncə, Ağdam, Füzuli və Şuşaya baş çəkəcəklər.