Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb. Bu barədə 6 avqust tarixində APA məlumat verib.
Bu gün səhər meyitin tapılması ilə bağlı ailəsinə məlumat verildiyi bildirilib.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Müdafiə naziri Cuanşer Burçuladze isə təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.
Qeyd edək ki, Şovi kurortunda sürüşmə baş verib. Faciə ilə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.