Gürcüstanın Şovi kurortunda baş verən faciəyə görə bu ölkədə elan edilmiş matəm günü ilə bağlı Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib.
Bu barədə 7 avqust tarixində Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat verib.
Avqustun 7-də Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş faciə ilə əlaqədar bu ölkədə matəm elan edilib.
Şovidə avqustun 3-də irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, 16 nəfər itkin düşüb. Sürüşmə nəticəsində həyatını itirənlərdən biri də 18 yaşlı azərbaycanlı qız olub.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılarla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.