Bu gün Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycana gəlib.
Bu barədə 27 noyabr tarixində Müdafiə Nazirliyindən məlumat verilib.
İkitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.