Hacıqabul rayonunda “Prado” və “Qazel” markalı avtomobillər toqquşub, ölən və yaralananlar var. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı Vüqar Əsgərov dünyasını dəyişib. İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="1" size="full" ids="156187"]