Münaqişə zəminində Hacıqabul sakini bıçaqlanıb. Bu barədə 19 iyun tarixində APA məlumat verib.
Belə ki, Hacıqabul rayonunun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymanov İsmət Fazil oğlu qohumu tərəfindən ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.