Hacıqabulda bıçaqlanma olub. Bu barədə APA 8 fevral tarixində xəbər verib.
Hadisə Hacıqabulun Atbulaq kəndində qeydə alınıb.
35 yaşlı Atbulaq kənd sakini Ramil Muradov mübahisə zəminində Xəyyan adlı şəxs tərəfindən bıçaqlanıb. R. Muradov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Hadisəyə R.Muradovun qardaşının bir neçə şəxs tərəfindən döyülməsi səbəb olub. Bunu aydınlaşdırmaq istəyən R.Muradova bıçaqla xəsarət yetirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.