Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 7 dekabr tarixində xəbər verib.
Hacıqabul rayonunun Muğan qəsəbəsində minik maşınının aşması nəticəsində Hacıqabul rayonunun Muğan kənd sakini, 32 yaşlı İsrafil Əliyev ağır xəsarətlər alıb.
Yaralı Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.