Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb. Bu barədə 13 dekabr tarixində Report məlumat verib.
Hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Şirvan şəhər sakini Məmmədov Elçin Adil oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çarpıb.
Xəsarətlər almış sürücü xəstəxanaya çatdırılıb və orada ölüb .
Faktla bağlı araşdırma aparılır.