Hacıqabulda itkin kimi axtarılan qadının yeri məlum olub. Bu barədə APA 3 fevral tarixində xəbər verir.
Ailəsi tərəfindən yanvarın 13-dən itkin düşdüyü bildirilən 34 yaşlı Hacıqabul rayon sakini Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu aydın olub. Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Bu barədə onun həyat yoldaşı bildirib.
Onlar bu barədə polisi də məlumatlandırıblar.