Hacıqabulda yol qəzası baş verib. Bu barədə 3 noyabr tarixində APA məlumat verib.
Hadisə Bakı-Qazax magistralının 135-ci kilometrliyində, rayonun Muğan qəsəbəsi ərazisində baş verib.
“KamAZ” markalı yük avtomobili ilə TIR-ın toqquşması nəticəsində sürücülərdən biri, Hacıqabul rayonunun Muğan kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Taqət Əhməd oğlu xəsarət alıb. Sürücü ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.