Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb. Bu haqda noyabrın 1-də APA xəbər yayıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul rayon sakinləri Samid Minaxanov, İmran Novruzov, Bəxtiyar Həsənov və Sabirabad rayon sakini Nurlan Baxşızadə saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlarda müxtəlif çəkilərdə metamfetamin və heroin aşkar edilib.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.