Hacıqabul rayonunda pomidorla dolu yük avtomobili aşıb. Bu barədə 13 iyun tarixində Report məlumat verib.
Hadisə Bakı-Qazax magistral yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, pomidorla dolu “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli yüngül xəsarətlər alıb. Maşında olan məhsul yola dağılaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.