Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Hadisə Hacıqabul rayonunun Abdulyan kəndində qeydə alınıb.
“Toyota Prius” markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisədə ölən 13 yaşlı uşaqdır. Yaralılar Şirvan xəstəxanasına aparılıblar.
Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_138474" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]