Hacıqabulda yol qəzası olub. Bu barədə 7 avqust tarixində Report məlumat verib.
Hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində baş verib. Nəticədə 4 nəfər müxtəlif xəsarətlər alıb.
Xəsarət alan Salyan rayon sakinləri - 39 yaşlı Əsmər Quliyeva, 16 yaşlı İbadət Quliyev, 4 yaşlı Uğur Quliyev və 15 yaşlı Aytəkin Hacıbalıyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.