Hacıqabulda 1 nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 23 yanvar tarixində xəbər verib.
Qarasu kəndində “KamAZ” digər yük maşını ilə toqquşub.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Bərdə rayon sakini Tahirli Nurlan İlham oğlu hadisə yerində ölüb, daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.