Hacıqabul rayonunda 3,2 maqnitudada zəlzələ olub. Bu barədə İnsanoid Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bu gün, 6 iyul tarixində xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda qeydə alınıb.
Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.