Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1 000 manat pulunun alınması barədə polisə məlumat daxil olub. Bu barədə 1 dekabr tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9 000 manat pulu alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.