Həftəsonu Azərbaycanda 11 yol qəzası olub, 16 nəfər ölüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 1 may tarixində məlumat verir.
Aprelin 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.