Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Bu barədə 4 iyul tarixində Report məlumat yayıb.
Məlumata əsasən, o, azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti ilə iyulun 5-6-da Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşünə qatılacaq.