Zəngilan rayonu ərazisindən keçən Həkəri çayına növbəti dəfə balıq körpələrinin buraxılışı həyata keçiriləcək. Bu barədə noyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Çaya balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi buraxılacaq.
Qeyd edək ki, Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzəsinə mütəmadi olaraq balıq körpələrinin buraxılışı həyata keçirilir və bu aksiyalar gələcəkdə də davam edəcək.